AZ

Netanyahu Qəzzadakı hər bir girova görə 5 milyon dollar mükafat təklif edib

 
"Biz düşmənlərimizi məhv etməyənə və ölkənin təhlükəsizliyini tam bərpa etməyənədək sakitləşən deyilik..."
 
"Qəzzada atəşkəsi girovların azad edilməsi ilə uzlaşdırmayan istənilən qətnamə 101 girovun cəhənnəmdə, terrorçu monstrların əllərində saxlanılması deməkdir".
 
Moderator.az xəbər verir  ki, bu barədə İsrailin BMT-dəki daimi nümayəndəsi Dani Danon BMT Təhlükəsizlik Şurasının iclasında  bəyan edib. Məlumatı "cursorinfo.co.il" nəşri yayıb.
 
O, əmin olduğunu bildirib ki, Təhlükəsizlik Şurasının təklif etdiyi qətnamə HƏMAS-ı gücləndirir və İsraildən öz girovlarından imtina etməyi tələb edir.
 
Дани Данон фото
 
O, vurğulayıb ki, İsrail BMT-yə öz vətəndaşlarının müdafiəsi imkanlarını məhdudlaşdırmağa imkan verə bilməz və bəyan edib ki, bütün girolar evlərinə dönməyənədək mübarizə davam edəcək.
 
Bu arada isə İsrail maliyyə naziri, "Dini sionizm" partiyasının sədri Betsalel Cmotriç HƏMAS-la yeni sövdələşmə formatı təklif edib. 
 
O, bəyan edib ki, Qəzza bölgəsinin şimal hissəsini tamamilə zəbt etmək və HƏMAS-ın israilli girovları geri qaytarmayacağı təqdirdə bu torpaqların əbədi olaraq yəhudi dövlətinin nəzarətində qalacağını elan etmək lazımdır. "Beləliklə, Qəzza ərazisinin üçdə bir hissəsi itiriləcək", - nazir qeyd edib.
 
Nazir həmçinin yalnız tam atəşkəsi nəzərdə tutan sövdələşməyə razı olmayacağını təsdiq edib, çünki belə addım yəhudi dövlətinin təslim olması deməkdir.
 
"Biz düçmənlərimizi məhv etməyənə və ölkənin təhlükəsizliyini tam bərpa etməyənədək sakitləşən deyilik, - o, bəyan edib. - Müharibə bitəndən sonra bizim Qəzzada tam hərəkət sərbəstliyimiz olmalıdır və biz kağız parçası qədər dəyəri olmayan nizamlanmaya razı olmayacağıq".
 
Bu arada isə İsrail baş naziri Qəzza sakinləri üçün gözlənilməz bəyanatla çıxış edib. O, hər bir azad edilən girov üçün 5 milyon dollar mükafat təklif edib.
 
Bundan başqa, girovların xilas edilməsinə kömək göstərənlərin ailələri ilə birgə Qəzza bölgəsindən təhlükəsiz çıxışına zəmanət veriləcək. Amma girovlara xətər yetirənlər öz həyatlarını qurban verəcəklər.
 
Xatırladaq ki, BMT Təhlükəsizlik Şurasında çərşənbə günü Qəzzada dərhal atəşkəs haqqında Qayananın təqdim etdiyi qətnamə layihəsi üzrə səsvermə keçiriləcək.
 
Bu qətnamə Qəzza bölgəsində dərhal və qeyd-şərtsiz atəşkəs tələb edir, bu zaman bu addım girovların azad edilməsi ilə uzlaşdırılmır. ABŞ-ın bu qətnaməyə veto qoyacağı gözlənilir.
Seçilən
4
moderator.az

1Mənbələr