AZ

"Manako" bu futbolçuya görə 4 milyon ödəyəcək

"Manako" transfer çalışmalarını davam etdirir. 

News24.az xarici KİV-ə istinadən xəbər verir ki, "Manako" "Vest Hem"in forvardı Dani İngisi heyətinə qatmağı planlaşdırır. 

32 yaşlı forvard özü də bu keçidə müsbət yanaşır. "Manako" keçid üçün 4 milyon avro ödəməyə hazırdır. 

Dani İngis bu mövsüm 5 görüşdə meydana çıxıb, bu oyunlarda 1 qol vurub və 1 məhsuldar ötürmə edib.

Ağa Dadaşzadə


Seçilən
12
news24.az

1Mənbələr