AZ

Ukraynalıların yarıdan çoxu müharibəyə "yox" deyir

Ukraynada keçirilən bir sorğunun nəticələrinə görə, iştirakçıların 52 faizi danışıqlar yolu ilə Rusiya ilə müharibəyə dərhal son qoyulmasını istəyib.
 
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, \"Gallup” araşdırma şirkəti tərəfindən aparılan sorğu nəticəsində məlum olub ki, ukraynalıların müharibəyə baxışlarında böyük dəyişikliklər mövcuddur.
 
Belə ki, 2022-ci ildə keçirilən bir anketə qatılanların təxminən 73%-i, 2023-cü ildə isə 63%-i Rusiya ilə müharibənin davam etməsini dəstəkləyib. 
 
Bu ilin avqust və oktyabr aylarında edilən anketə qatılanların 52%-i isə Moskva ilə  danışıqlar aparılmalı olduğunu və müharibənin dayandırılmasını istəyiblər. 
 
Sorğuda iştirak edənlərin 38 faizi ölkələrinin müharibəni qələbəyə qədər davam etdirməli olduğuna inandığı halda, müharibənin qızışdığı Ukraynanın şərqində bu fikri dəstəkləyənlər 27 faizə düşüb.
 
Sorğuya görə, müharibənin dərhal dayandırılması üçün danışıqların aparılmasını dəstəkləyən ukraynalıların yarıdan çoxu sülh müqabilində Ukraynanın bəzi ərazilərinin verilməyinə razı olmalı olduğunu deyiblər.
 
2022 və 2023-cü illərdə müharibənin davam etdirilməsini dəstəkləyən ukraynalıların böyük əksəriyyəti (92 faiz və 93 faiz) qələbəni \"Krım da daxil olmaqla 2014-cü ildən bəri itirilmiş bütün əraziləri geri almaq” kimi görürdüsə, bu il bu rəqəm 81 faizə qədər azalıb.
 
Digər tərəfdən, danışıqlar yolu ilə müharibəyə tez son qoyulmasını dəstəkləyən sorğu iştirakçıları Avropa Birliyi ölkələri və Böyük Britaniyanın bu danışıqlarda iştirakını istəyiblər.
 
Oksana
Seçilən
16
azxeber.com

1Mənbələr