AZ

Cennifer Lopez kişiləri manyakcasına öz əsirinə çevirir - Fotolar

Cennifer

P. Diddi kimi tanınan amerikalı reper Şon Kombs etiraf edib ki, o, məşhur müğənni Cennifer Lopezlə münasibətinə görə sonda psixoterapevtə müraciət etməli olub.

Reyting.az
xəbər verir ki, Hollivudda, həmçinin ətraf çevrələrdə artıq bir çox kişilərin Lopezlə münasibət qurmaq istədiyini düşünəndə belə, həmin şəxslərin necə dəhşətli qorxu yaşadıqları barədə hətta əfsanələr yaranır. Yayılmış söz-söhbətlərə görə, kino ulduzu, aktyor Ben Afflekdən ayrıldıqdan sonra məşhur müğənni Hollivudun arzuolunmaz subay statusunu qazanıb. Ehtimal olunur ki, elə bu səbəbdən də pop-diva Lopezlə hətta minimal əlaqənin belə onların nüfuzuna xələl gətirəcəyindən çox qorxan kişilərin əksəriyyəti dəhşət içində ondan qaçırlar.



Cenniferlə mübahisələr içində keçən beləmünasibətlərdən sonra Lopezə görə ciddi sarsıntı yaşayan və psixoloji yardım üçün müraciət edən Kombs yaxınlarına deyib ki, o, hələ də özünə gələ bilmir. Lakin baş verənlərdən sonra müğənninin növbəti qurbanı sayılan amerikalı reper Şon Kombs Lopezdən birdəfəlik və heç bir münasibətə girmədən tamamilə qurtulmaq üçün psixoterapevtə müraciət etsə də, Lopez yenə onu rahat buraxmaq istəməyib. Kombs etiraf edib ki, o, əvvəl məşhur müğənni ilə münasibətinə son verib Lopezdən tam uzaqlaşmaqda çox çətinlik çəkib və buna görə də reper ilk dəfə olaraq kənardan kömək istəmək məcburiyyətində qalıb. "İlk baxışdan nə baş verdiyini anlamaq olmur, sanki səni sehrləyiblər",- söyləyən reper uzun cəhdin nəhayət nəticə verdiyini açıqlayıb.

"Mən yaşadığım münasibətlərə, bəlkə də bunu belə adlandırmaq olar - yaşadığım faciələrə görə terapiyaya getməli oldum. Düşünürəm ki, terapiya çox yaxşıdır, artıq məni bipolyar adlandırırlar. Sanki burada olan da heç mən deyiləm, ola da bilsin ki, həqiqətən də mən deyiləm, amma bir şey dəqiqdir, sadəcə, həddindən artıq əhval dəyişikliyim var. Bu terapiyamın isə çox hissəsi sevgi münasibətləri ətrafında fırlanır. Üstəlik, keçmiş sevgilim Kim ilə münasibətimə görə, həmçinin Cenniferlə münasibətim haqqında mənə məsləhət görülən terapiyanı qəbul edirəm. Onu da deyim ki, keçmişə çevrilən Kim Porterlə belə dəhşət yaşamamışdım, Lopez sanki qorxulu yuxudur.Amma terapiya mənə bu vəziyyətlərin çoxunu keçməyə kömək etdi", - deyən Şon Kombs bir müddət əvvəl"Deadline" nəşrinə verdiyi müsahibəsini xatırlatmaqla, elə özündən sitat gətirib.

İllər sonra Cennifer Lopezin özünün Diddi ilə münasibətləri ilə bağlı əgər gərginlik və qarabasmaya məruz qalıb terapiyaya ehtiyacı olsa, bu, heç də təəccüb doğurmaz. Onun hətta bəzi cinayətlərdə əli olması ilə bağlı söz-söhbətlər də gəzir.



Ulduz aktyor Ben Afflek, repçi P. Diddi və yaxud Şon Kombs, həmçinin də Hollivud çevrəsi kənarında məşhur Lopezlə stress yaşamış, adının çəkilməsini istəməyən bir "yaxşı oğlan", hətta qalmaqalların içində olan və Hollivuddan qaçmaq niyyətində olan Eşton Katçerin də müğənni, aktrisa Cennifer Lopezin öhdəsindən indiyədək gələ bilmədiyi deyilir.

Pop-diva Cennifer Lopezin növbəti dəfə kimi manyakcasına öz sevgisinin əsirinə çevirəcəyini və daha sonra melonxoliyaya qurbanı edəcək hansı şəxsin çox tezliklə ondan qurtulub, psixoterapevtə müraciət edəcəyini Hollivudda da çox səbirsizliklə gözləyirlər.

Oqtay QORÇU
Seçilən
16
reyting.az

1Mənbələr