ABŞ prezidenti Bayden Kiyevə Rusiya ərazisində Amerika ballistik raketlərindən istifadə etməyə icazə verib. Bunun ardından Rusiya prezidenti Putin ölkənin yeni nüvə doktrinasını təsdiqlədi.
Putinin imzaladığı və Rusiya Hökumətinin rəsmi saytında dərc edilən sənəd Rusiyanın nüvə hücumu olmadan öz nüvə silahını işə salmayacağına dair öhdəliyini dəyişdirir. Yeni doktrinaya görə ballistik raketlər, pilotsuz uçuş aparatları və ya digər hava vasitələri ilə hücumlar hücumlar ölkənin bütövlüyünü təhdid edərsə, Putin nüvə silahını işə sala bilər. Yeni doktrinada koalisiyaya üzv olan ölkənin Rusiyaya qarşı hər hansı hücumunun bütün koalisiyanın hücumu kimi qiymətləndiriləcəyi də bildirilir.
Rusiya bu sənədlə nüvə müharibəsinə başlaya biləcəyini rəsmən bəyan etmiş oldu. Doktrinaya görə, Ukraynanın ballistik raketlərdən istifadə etməsi Rusiyanın taktiki nüvə silahından istifadə etməsinin yolunu açır.
Bu arada, Rusiyanın keçmiş baş naziri Dmitri Medvedev Rusiyanın NATO hədəflərinə kütləvi qırğın silahları ilə hücum edə biləcəyinə işarə edib və 3-cü Dünya Müharibəsi ilə bağlı xəbərdarlıq edib..
“Rusiyanın yeni nüvə doktrinasına görə, bu o deməkdir ki, ölkəmizə atılan raketlər NATO tərəfindən Rusiyaya hücum kimi qiymətləndirilə bilər. Buna cavab olaraq Rusiya Kiyevə və NATO-nun kritik obyektlərinə qarşı kütləvi qırğın silahları ilə zərbə endirə bilər. Bu da, 3-cü Dünya Müharibəsi deməkdir" - deyə Medvedev bildirib.
Ukrayna prezidenti Zelenski isə Rusiyanın təhdidlərinə baxmayaraq, əllərində olan bütün uzaqmənzilli raketlərdə istifadə edəcəklərini deyib: "Ukraynanın uzaqmənzilli silahları var və onlardan istifadə edəcək. Uzun mənzilli pilotsuz uçuş aparatları var. Artıq uzaqmənzilli "Neptun", ATACMS raketlərimiz var. Bunların hamısını istifadə edəcəyik".
TAHİR