AZ

Almaniya XİN-in rəsmisi: Vədlərimizə sadiq qalır və onları yerinə yetirəcəyik

İqlim maliyyəsində yeni fəsil, inkişaf etməkdə olan ölkələrə lazımi miqyasda maliyyə axınını təmin etmək üçün bütün vasitələr istifadə olunacaq. Almaniya öz vədlərinə sadiq qalır, o, üzərinə düşəni edəcək.

“Report” xəbər verir ki, bunu Almaniyanın Xarici İşlər Nazirliyinin (XİN) beynəlxalq iqlim siyasəti üzrə xüsusi nümayəndəsi, dövlət katibi Cennifer Morqan COP29 çərçivəsində yüksək səviyyəli iclasda bu ölkənin xarici işlər naziri Annalena Berbok adından çıxış edərkən bildirib.

Müraciətdə vurğulanıb ki, Almaniya 2024-cü ildə 16 kömür elektrik stansiyasını bağlayıb. Ölkədə elektrik enerjisi istehlakının təxminən 60 %-i bərpa olunan mənbələrin payına düşür.

“İqlim böhranının həlli bu nəslin ən böyük iqtisadi imkanıdır. “Yaşıl enerji”yə qlobal investisiyalar bu gün qalıq enerjiyə qoyulan investisiyalardan iki dəfə çoxdur. İnvestorlar investisiyalarının ləngidiyini görmək istəmirlər", - C.Morqan qeyd edib.

Seçilən
15
report.az

1Mənbələr