AZ

ACI Heydər Əliyev Beynəlxalq Hava Limanına dayanıqlı inkişafa sadiqliyinə görə minnətdarlığını bildirib

Bakı. Trend:

ACI Heydər Əliyev Beynəlxalq Hava Limanına dayanıqlı inkişafasadiqliyinə görə minnətdarlığını ifadə edib.

Trend xəbər verir ki, bubarədə “ACI World”un baş direktoru Castin Erbaççi COP29çərçivəsində jurnalistlərə bildirib.

"Biz COP29-da iştirak etmək üçün Bakıda olmağımıza çox şadıq vəAzərbaycana, həmçinin, hava limanı komandasına göstərdikləriqonaqpərvərlik və dəstəyə görə dərin təşəkkürümüzü bildiririk.Xüsusilə vurğulamaq istərdim ki, Heydər Əliyev Beynəlxalq HavaLimanı karbon neytrallığı və ümumilikdə dayanıqlılıq üzrəöhdəliklər götürüb.

Bu gün hava limanı Karbon Akkreditasiyası Sertifikatı aldı ki,bu da onların ekoloji dayanıqlı hava limanı olmaq istiqamətindəmühüm addımlar atdıqlarını göstərir. Bu, hava limanlarının 2050-ciilə qədər karbon neytrallığına nail olmaq üzrə ümumi məqsədimizəçatmaq üçün kritik əhəmiyyət kəsb edir.

Biz Heydər Əliyev Beynəlxalq Hava Limanına göstərdikləri səylərəvə dayanıqlı inkişafa olan sadiqliyinə görə çox minnətdarıq vənövbəti akkreditasiya səviyyəsinə nail olmaq üçün birlikdəçalışacağıq", — deyə o vurğulayıb.

Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişmələri üzrəÇərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının(COP29) açılışı olub.

COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – DünyaLiderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkilolunub.

Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanınbu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfəAzərbaycanda baş tutur.

COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli vəambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG)razılaşdırılmasından ibarətdir.

COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişafməqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri,yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmizhidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsalfəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəlisürülüb.

İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradanəsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°Cöhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.

Məqalədə:
Seçilən
9
az.trend.az

1Mənbələr