AZ

Bu avtomobillər üçün sürücülük vəsiqəsi tələb olunmur – Məsuliyyəti şirkət daşıyır

Sürücüsüz avtomobillər (avtonom avtomobillər) müasir texnologiyanın ən maraqlı sahələrindən biridir və gələcəyin nəqliyyatını formalaşdırmaq potensialına malikdir. Bu avtomobillər insan müdaxiləsi olmadan hərəkət etmək üçün inkişaf etmiş sensorlar, süni zəka (AI), GPS və kompüter alqoritmlərindən istifadə edirlər. Dünyanın bir çox yerində bu avtomobillərdən istifadə olunur.

Maraqlıdır, bəs həmin maşınlar Azərbaycana gəlsə, sahiblərindən sürücülük vəsiqəsi tələb olunacaqmı?  Dünya təcrübəsində məsələyə yanaşma necədir?

KONKRET.az xəbər verir ki, yol hərəkəti təhlükəsizliyi mütəxəssisi Arzu Kürsüm Babazadə “Yeni Sabah”a mövzu ilə bağlı danışaraq, suallara aydınlıq gətirib:

“Sürücülük vəsiqəsi istənilən halda, lazımdır. Bu, sürücünün savadını təsdiq edən sənəddir. Avtomobilin imkanlarını təsdiqləyən sənəd deyil. Avtonom avtomobil sükan arxasında sürücü olsa da, onun müdaxiləsi olmadan hərəkətə keçən avtomobillərdir.

Bir də ümumiyyətlə, sürücüsüz olan avtomobillər var. Onun üçün insana ehtiyac yoxdur. Avtonom avtomobillərin isə bir problemi var. Onların gözləri alın şüşəsinin sağ və sol küncünə quraşdırılan kameralardır. Bəzən günəş şüaları o kameralara təsir edir. Bunun nəticəsində avtomobil idarəni itirir. Bir də elektrikli avtomobillər də belə bir təhlükə var ki, onun qazı ilişəndə daha faciəvi qəzalar olur”.

Ekspert belə avtomobillərin qəza törətmə ehtimalından və hadisənin məsuliyyəti kimin daşıyacağından da söz açıb:

“Hər kəsi bir sual maraqlandırır ki, sürücüsüz avtomobillər hadisə törədərsə, bu zaman kim məsuliyyət daşımalıdır? Belə olanda məsuliyyət həmin avtomobili icad edərək yollara göndərən mühəndisin və şirkətin üzərində qalacaq. Bu, istisnasız belə olacaq. Çünki onu insan idarə etmir. Ona görə də yol nişanları görüb tanımalı və buna uyğun hesablamalar etməlidir. Əgər mühəndis onu icad edəndən sonra yola buraxırsa, bütün bunları nəzərə almalıdır. Qəza şəraitində də onun heç bir təhlükəsinin olmadığını iddia edən mühəndis və şirkət cavabdeh olmalıdır. Başqa cür ola bilməz”.

Seçilən
18
8
konkret.az

9Mənbələr