“Hazırda bir uşağın məktəbə getməsi üçün ciddi vəsait tələb olunur".
Bunu Milli Məclisin Aqrar siyasət, Ailə, qadın və uşaq məsələləri, Elm və təhsil komitələrinin birgə iclasında “Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsində elm və təhsil naziri Emin Əmrullayev deyib.
Nazir bildirib ki, 1 yaşı saymasaq, təxminən yarım milyon uşağın məktəbəqədər təhsilə cəlb olunmasından söhbət gedir: "Hazırda çox sayda uşaq məktəbəqədər təhsildə növbə gözləyir. Bu, vaxtında məktəbəqədər təhsil müəsisələrinin düzgün tikilməməsindən irəli gəlir. Buna tələb olunan xərclər 2 milyard manatdır. Uşağın 1 il məktəbəqər təhsilə cəlbi vacibdir, amma 3 il getməsi onun anasının işləməsi ilə əlaqədardır. Məktəbəqədər təhsil müəssisələri uşağın saxlanc yeri olmamaldıır, bura təhsil müəssisəsidir"./APA