AZ

Avropa Komissiyası: Bu il baş verən fəlakətlər göstərdi ki, nəqliyyat iqlim dəyişikliklərinin təsirlərinə uyğunlaşdırılmalıdır

“Bu il Avropada bir neçə ay ərzində baş verən ciddi təbii fəlakətlərin şahidi olduq. Mərkəzi və Şərqi Avropa, İtaliya və ən son, təəssüf ki, İspaniyada daşqınlar baş verdi. Buna görə də, uyğunlaşma şəhər planlaşdırılmasının əsas elementi olmalıdır və ümumi infrastruktur yanaşmamıza rəhbərlik etməlidir”.

APA xəbər verir ki, bunu Avropa Komissiyasının mobillik üzrə baş direktorunun müavini Maja Bakran deyib.

O bildirib ki, nəqliyyat infrastrukturunu iqlim dəyişikliyinin potensial təsirlərinə uyğunlaşdırmalıdır və fəlakətlərin təsirlərinin aradan qaldırılması zamanı nəqliyyat obyektlərinin effektiv bərpasına üstünlük verərək çeviklik artırılmalıdır.

“Qısa desək, yaxşı planlaşdırma sağlam risk qiymətləndirməsi olmadan mümkün deyil və ən təsirli olmaq üçün nəqliyyat şəhər iqlim risk qiymətləndirməsinin əsas hissəsinə çevrilməlidir” - baş direktor müavini əlavə edib.

Seçilən
6
1
apa.az

2Mənbələr