AZ

“Düz edib onları müəllim adından məhrum edirik”

“Savadı olmayanları müəllim adından məhrum edirik, düşünürəm düz edirik”.

“Qafqazinfo” xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev Milli Məclisin Aqrar siyasət, Ailə, qadın və uşaq məsələləri, Elm və təhsil komitələrinin birgə iclasında 2025-ci ilin büdcə müzakirələri zamanı deyib. 

“Məsələn, hazırda Daşkəsən rayonunda 1 şagirdə düşən orta xərc Bakı şəhərində olan özəl məktəbin qiyməti qədərdir. Bu da 8500 manatdır. Amma nəticə yoxdur. Əksinə, Bakının 30-32 nəfər şagirdi olan məktəblərində daha yaxşı nəticə görürük. Önəmli olan məsələ müəllim keyfiyyətidir. Sertifikatlaşdırma edirik və savadı olmayan adamları müəllim adından məhrum edirik. Bunu etməyə davam etməliyik. 

Sinifdə bir uşaq olanda da dövlət 25 min manat xərclənir, 30 uşaq olanda eyni məbləğ xərclənir. Bir uşağa 25 min manat xərcləmək olar, o halda ki, orada nəticə var. Amma bu 25 min manat yalnız sosial məsələləri həll etmək üçün həmin kəndə ötürülürsə, uşaq kənarda qalırsa, onda bu təhsil hədəfi deyil. Burada təhsildən yox, başqa şeydən danışırıq ki, insanların əməkhaqqını hansı yolla ödəyək. Bizim 7 şagirdi 14 müəllimi olan, 4 sinfə 32 müəllimi olan məktəblərimiz var”, - deyə nazir bildirib.

Nuranə Daxilqızı

 
Seçilən
12
2
qafqazinfo.az

3Mənbələr