Səudiyyə Ərəbistanı klublarından “Əl-Nəsr” “Fənərbaxça”nın forvardı Yusuf En-Nesri üçün astronomik təklif edib.
Apasport.az Türkiyə mediasına istinadən xəbər verir ki, “Əl-Nəsr” 27 yaşlı hücumçu üçün 30 milyon avronu gözdən çıxarıb.
Xəbərdə bildirilib ki, “sarı-lacivərdlilər” bu təklifi rədd edib.
Buna səbəb son vaxtlar En-Nesrinin Mərakeş millisində və “Fənərbaxça”da ardıcıl qollar vurmağa başlamasıdır.
Qeyd edək ki, mərakeşli hucümçu bu ilin yay ayında İspaniyanın “Sevilya” klubundan 19,5 milyon avroya İstanbul təmsilçisinə transfer olunmuşdu.
"Neftçi"nin futbolçusu millidə dubl etdi
Martinez Maradonaya çatıb
Qyökereş Azərbaycanla matçda İbrahimoviçin uğurunu təkrarlayıb
Kristensen əməliyyat olunub
Kundeyə Premyer Liqadan təklif