AZ

Beliz iqlim böhranına cavab olaraq adaptasiya üçün maliyyələşmənin ikiqat artırılmasını tələb edir

Bakı. Trend:

Adaptasiya üçün maliyyələşmə artırılmalı və iqlim dəyişikliyiilə bağlı zərərlərin aradan qaldırılması üçün vəsaitlərin ayrılmasısürətləndirilməlidir.

Trend xəbər verir ki, bubarədə Belizin davamlı inkişaf və iqlim dəyişikliyi üzrəvitse-naziri Kenrik Uilyams COP29 sammitində milli bəyanatı iləçıxışı zamanı bildirib.

Onun sözlərinə görə, iqlim böhranı Beliz kimi həssas ölkələrədağıdıcı təsir göstərməyə davam edir. Təbiət fəlakətləri, ocümlədən tropik Laura fırtınası və meşə yanğınları son iki ildəölkə ÜDM-nin 6 faizindən çoxuna bərabər olan 200 milyon ABŞdollarından çox itkiyə səbəb olub.

"Bizə adaptasiya üçün maliyyələşmənin ikiqat artırılması vəzərər və itkilər üçün maliyyələşmənin sürətləndirilməsi lazımdır.Hər bir fəaliyyətsizlik anı insanların həyatına, ekosistemlərə vədolanışıq vasitələrinə zərər vurur. Adaptasiyaya sərmayə lüksdeyil, sağ qalmaq üçün zəruri şərtdir", — deyə o bildirib.

Vitse-nazir bütün ölkələrin, o cümlədən Tayvanın, iqlimböhranına qarşı qlobal səylərdə iştirakının əhəmiyyətinivurğulayaraq, bunun dayanıqlı gələcəyin əldə olunması üçün vacibolduğunu qeyd edib.

Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişmələri üzrəÇərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının(COP29) açılışı olub.

COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – DünyaLiderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkilolunub.

Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanınbu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfəAzərbaycanda baş tutur.

COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli vəambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG)razılaşdırılmasından ibarətdir.

COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişafməqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri,yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmizhidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsalfəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəlisürülüb.

İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradanəsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°Cöhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.

Məqalədə:
Seçilən
21
az.trend.az

1Mənbələr