AZ

Əldən-ayaqdan düşmüş Santuşdan mədəd uman komanda: "Onlara psixoloq lazımdır"

Futbol üzrə Azərbaycan milli komandası son zamanlar bərbad çıxış edir. 

Yığmamız keçirdiyi son matçlarda da məğlub oldu. Belə ki, Azərbaycan UEFA Millətlər Liqası çərçivəsində Slovakiyaya 2-0, İsveçə isə 6-0 hesabı ilə uduzub. Xüsusilə, İsveç qarşısındakı 6-0 hesablıq ağır məğlubiyyət çox böyük tənqidlərə səbəb olub. 

Üstəlik, millimiz C Liqasının birinci qrupunda meydana çıxdığı 6 matçın heç birində qalib gələ bilmədi. 5 dəfə məğlub olan yığma sadəcə 1 dəfə bərabərə qala bildi. 6 oyunda sadəcə 3 dəfə qol vuran futbolçularımız qapımızdan 17 dəfə top çıxarmağa məcbur qaldılar. Bütün bu biabırçılıq fonunda isə Azərbaycan millisi D liqasına düşdü. Lakin bunlara rəğmən, baş məşqçi Fernandu Santuş istefa verməyi düşünmür... 

“Sportinfo TV” və “CBC Sport” telekanalının aparıcı-eksperti, tanınmış idman jurnalisti Elçin Cəfərov “Cebheinfo.az”-a açıqlamasında bildirib ki, Azərbaycan millisinin oynadığı futbol və nümayiş etdirilən performans istənilən səviyyədən çox uzaqdır: 

"İsveç millisi ilə sonuncu oyunda rəqib matça sürətli başladı, 20-25 metrdən oynamağa çalışdılar. Basqı edərək topu qazandılar və futbolçularımıza göz açmağa imkan vermədilər. Baş məşqçi Fernandu Santuş isə bütün bunları azarkeşlər kimi sadəcə izləməklə məşğul idi. Yəni, Azərbaycan millisi qoca, yarıtmaz, əldən-ayaqdan düşmüş Santuşdan mədət umur. Əgər ondan inkişaf gözləyiriksə, vay bizim halımıza". 

O, yığmamızın D liqasında düşməsi barədə də danışıb: 

"Artıq futbolçularımız məğlubiyyət psixologiyası ilə barışıblar.

 Onlar məğlubiyyət sendromu yaşadıqları üçün meydana qalib gəlmək üçün çıxmırlar. Uduzmaq psixologiyası yığmamızı məhvə aparır. 

Ona görə də milli komandamıza psixoloq lazımdır. Əslində, yeni AFFA rəhbərliyinə böyük inamım var və bu, yenə də davam edir. 

Çünki federasiya rəhbərliyində olan müəyyən şəxslərə hələ də inanıram. Amma çox təəssüf  ki, indiyə kimi ümidlərimizin üzərindən qalın xətt çəkiblər. Yığmamızda nə milli ruh, nə mübarizə, nə də futbol var". 

Elçin Cəfərov qeyd edib ki, aşağı yaş qruplarından ibarət milli komandalarımız isə daha bərbad durumdadır: 

Seçilən
49
12
cebheinfo.az

10Mənbələr