AZ

Bu təkərlərdən istifadə edilməsi tövsiyə olunmur -Mütəxəssis

Dörd fəsil təkərlərindən istifadə edən sürücülər bir çox çatışmazlıqlarla üzləşirlər.

Redaktor.az bu barədə rusiyalı mütəxəssis Dmitri Matveyevə istinadən xəbər verir.

“4 fəsil şinləri ilin istənilən vaxtında istifadə oluna bilir. Bütün il boyu 4 fəsil təkərlərdən istifadə etməklə sürücü ikinci təkər dəstinə və təkər quraşdırılmasına qənaət etmiş olur, lakin belə şinlər ümumiyyətlə mövsümi təkərlərdən baha başa gəlir. Bundan əlavə, 4  mövsüm təkərləri daha çox aşınmaya səbəb ola bilər. Həm də bəzən belə təkərlər səs-küylü olur”, - o bildirib.

Mütəxəssisin fikrincə, dörd fəsil təkərləri universaldır, lakin bunun üçün pul ödənilməlidir ki, həm yüksək temperaturda, həm də şaxtada düzgün işləsin:

Çünki bu növ təkərlər, “həm yay təkərləri, həm də qış təkərləri” olmaqdan daha çox, “nə yay təkərləri kimi yay təkəri, nə də qış təkərləri kimi qış təkərləridirlər“. 

Sevinc İBRAHİMZADƏ

Seçilən
27
1
redaktor.az

2Mənbələr