AZ

Müqayis Verdiyev yenidən məhkəmə qarşısında

Tanınmış iş adamı Müqayis Verdiyev barəsindəki cinayət işinin ibtidai istintaqı başa çatıb. 

Qaynarinfo-nun məlumatına görə, iş baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib. 

Noyabrın 15-nə iş üzrə hazırlıq iclası təyin edilsə də, keçirilməyib. Hazırlıq iclasının nə zaman keçiriləcəyi bəlli deyil. İş hakim Dadaş İmanovun icraatındadır. 

Müqayis Verdiyev Cinayət Məcəlləsinin 178.3.2-ci ( külli miqdarda dələduzluq) maddəsi ilə ittiham irəli sürülüb. İş üzrə 2 nəfər zərərçəkmiş qismində tanınıb. 

Müqayis Verdiyev bu ilin sentyabrında Xətai rayon Polis İdarəsinin Cinayət Axtarış şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlər nəticəsində saxlanılıb. Xətai Rayon Məhkəməsinin qərarı ilə barəsində 1 ay 24 gün müddətə həbs qətimkan tədbiri seçilib.

Müqayis Verdiyev bundan əvvəl də iki dəfə məhkumluq həyatı yaşayıb. O, birinci dəfə Goranboyda aparılan abadlıq işlərində, ikinci dəfə isə Sumqayıt bulvarının yenidən qurulmasında dələduzluq etməkdə təqsirləndirilərək həbs edilib. 

Seyid 

Seçilən
38
qaynarinfo.az

1Mənbələr