AZ

Çoxuşaqlı ailələrə avtomobil əvəzinə at verilməsi TƏKLİF OLUNDU

Rusiyada çoxuşaqlı ailələrə avtomobil əvəzinə at verilməsi təklif olunub.

İnterpress.az xəbər verir ki, Dövlət Duması çoxuşaqlı ailələrə avtomobil əvəzinə at verilməsini təklif edib.

“Bu gün maşın aldıq, sabah sürdük, yollar buz bağladı, qəzaya düşdük. Analıq kapitalı getdi. Amma at yerli istehsal və etibarlı nəqliyyatdır”, – deputat Vitali Milonov deyib.

Deputatlar bu təşəbbüsü dəstəkləməyərək atı saxlamağın baha başa gəldiyini bildiriblər.

Əvvəllər Dövlət Dumasının Ailənin Müdafiəsi Komitəsi LDPR-nin çoxuşaqlı ailələr üçün avtomobil almaq üçün ana kapitalından istifadə etmək təklifini rədd edib.

Xuraman Etibarlı

İnterpress.az

Seçilən
42
interpress.az

1Mənbələr