AZ

"Real"ın futbolçusu əməliyyat olundu

style='margin-bottom:10px;'>

"Real"ın futbolçusu Eder Militao dizindəki çarpaz bağın yırtılmasına görə əməliyyat olunub.

QOL.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Müdafiəçinin əməliyyatı uğurlu keçib.

Bildirilib ki, Eder tezliklə bərpa proqramına başlayacaq. 

Xatırladaq ki, braziliyalı futbolçu noyabrın 9-da İspaniya La Liqasının 13-cü turunun “Osasuna” ilə oyununda (4:0) zədələnmişdi. 

Bu mövsüm Militao klub üçün bütün yarışlarda 16 oyun keçirib, 1 qol vurub və 1 qolun ötürməsini verib.

Seçilən
24
2
teleqraf.com

4Mənbələr