AZ

Universitetdə soyunan iranlı qız "xəstə" imiş...

Məcburi örtünmə və geyim qaydalarına etiraz məqsədilə insanların qarşısında paltarını soyunan iranlı tələbə Ahu Dəryayi sərbəst buraxılıb.

Bakupost.az xəbər verir ki, İran rəsmiləri tələbənin ittiham olunmayacağını bildiriblər.

Qeyd edək ki, həmin tələbə İranın paytaxtı Tehranda universitet şəhərciyində geyim qaydalarına etiraz etmək üçün paltarını soyunmuş və İran polisi tərəfindən saxlanılmışdı.

İran məhkəmə hakimiyyətinin sözçüsü qızın xəstəxanada müalicə olunduğunu və ailəsinə təhvil verildiyini bildirib.

BBC-də yayımlanan xəbərə görə, tələbənin həbsi beynəlxalq aləmdə pislənərkən, Beynəlxalq Amnistiya Təşkilatı onun dərhal və qeyd-şərtsiz azadlığa buraxılmasını tələb edib.

"O, xəstəxanaya göndəriləndən və xəstə olduğu məlum olandan ailəsinə təhvil verilib. Ona qarşı heç bir hüquqi iş açılmayıb", - deyə məhkəmə hakimiyyətinin sözçüsü Əsgər Cahangir bildirib. İran rəsmiləri Ahu Dəryainin “xəstə” olduğunu və psixiatriya şöbəsinə aparıldığını açıqlayıb.

Qeyd edək ki, Ahu Dəryainin universitet şəhərciyində soyunduğu anı əks etdirən video sosial mediada yayımişdı.

Rəhman, BakuPost
Seçilən
16
bakupost.az

1Mənbələr