AZ

Salvador ekosistemlərin qorunması üçün 1 milyard dollar məbləğində borc konvertasiya edib - Nazir

Bakı. Trend:

Salvador ekosistemlərin qorunması üçün öz tarixində ən böyükdövlət borcunun konvertasiyasını tamamlayıb və bu, 1 milyard ABŞdolları təşkil edib.

Trend xəbər verir ki, bubarədə Salvadorun ekologiya naziri Fernando Andres Lopes LarreynaqaCOP29 sammitində milli bəyanatı ilə çıxışı zamanı bildirib.

"Bu vəsait ekosistemlərin qorunmasına, su hövzələrinin bərpasınavə ölkənin su təhlükəsizliyinin təmin edilməsinə yönəldiləcək", —deyə o bildirib.

Nazirin sözlərinə görə, Salvador iqlim dəyişikliklərininnəticələrindən əziyyət çəkir. Hər il ölkə daşqınlar, quraqlıqlar vətemperaturun artması kimi ekstremal hidrometeoroloji hadisələrləüzləşir ki, bu da infrastruktur və ekosistemlərə dağıdıcı təsirgöstərir.

"Salvador qlobal istixana qazı emissiyalarının yalnız 0,4faizini istehsal etsə də, ölkə iqlim fəlakətlərindən ciddi şəkildəəziyyət çəkir. İqlim dəyişikliyinə adaptasiya və ekosistemlərinqorunması məqsədilə Salvador iddialı strategiyalar həyata keçirir.Bunlara bərpa olunan enerji mənbələrinə keçid və elektromobiltexnologiyalarının təşviqi daxildir. Ölkənin enerji matrisi 91 faizbərpa olunan mənbələrdən ibarətdir, və hökumət "yaşıl"texnologiyalara və yeni iş yerlərinin yaradılmasına fəal şəkildəsərmayə qoyur", — deyə nazir əlavə edib.

Onun sözlərinə görə, Salvador öz iqlim strategiyası çərçivəsindəekosistemlərin qorunması üçün iqtisadi cəhətdən səmərəli həlləryarada biləcək karbon kreditləri bazarını inkişaf etdirir. Bundanəlavə, ölkədə iqlim risklərini analiz etmək və fövqəladə hallaravaxtında cavab vermək üçün erkən xəbərdarlıq sistemi tətbiqolunur.

"Biz hər bir qərarımızın davamlı inkişafı təmin etməsinəçalışırıq ki, bu da iqlim təhdidlərinə qarşı durmaqla yanaşı,vətəndaşlarımız üçün yeni iqtisadi imkanlar yaratsın", — deyə nazirvurğulayıb.

Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişmələri üzrəÇərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının(COP29) açılışı olub.

COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – DünyaLiderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkilolunub.

Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanınbu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfəAzərbaycanda baş tutur.

COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli vəambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG)razılaşdırılmasından ibarətdir.

COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişafməqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri,yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmizhidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsalfəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəlisürülüb.

İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradanəsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°Cöhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.

Məqalədə:
Seçilən
25
az.trend.az

1Mənbələr