Türkiyə ABŞ-ni Suriyadan qoşunlarını çıxarmağa və kürdlərə dəstəyi dayandırmağa çağırıb.
"Operativ Məlumat Mərkəzi-OMM"-in xarici KİV-ə istinadən məlumatına görə, bunun müqabilində Ankara İŞİD ilə mübarizəyə hazırdır.
Ankara üçün əsas problemlərdən biri ABŞ-nin suriyalı kürdlərə təlim keçməsi və silahlandırmasıdır.
Türkiyə onları terrorçu və öz birliyinə təhlükə hesab edir. Bununla bağlı Ankara Vaşinqtona Suriyada İŞİD-ə qarşı mübarizəni öz üzərinə götürə biləcəyini təklif edib.
Qeyd edək ki, Vaşinqton hələlik Ankaranın təklifinə cavab verməyib.