AZ

Türkiyə ABŞ-yə İŞİD-lə bağlı çağırış etdi

Türkiyə ABŞ-ni Suriyadan qoşunlarını çıxarmağa və kürdlərə dəstəyi dayandırmağa çağırıb. 

"Operativ Məlumat Mərkəzi-OMM"-in xarici KİV-ə istinadən məlumatına görə, bunun müqabilində Ankara İŞİD ilə mübarizəyə hazırdır.

Ankara üçün əsas problemlərdən biri ABŞ-nin suriyalı kürdlərə təlim keçməsi və silahlandırmasıdır. 

Türkiyə onları terrorçu və öz birliyinə təhlükə hesab edir. Bununla bağlı Ankara Vaşinqtona Suriyada İŞİD-ə qarşı mübarizəni öz üzərinə götürə biləcəyini təklif edib. 

Qeyd edək ki, Vaşinqton hələlik Ankaranın təklifinə cavab verməyib.

Seçilən
15
operativmm.az

1Mənbələr