AZ

Qəzzada 109 humanitar yardım maşınından ibarət karvan qarət edilib

Birləşmiş Millətlər Təşkilatı (BMT) başda olmaqla beynəlxalq təşkilatların aclıq səviyyəsində humanitar böhran yaşandığını bəyan etdiyi Qəzza zolağına daxil olan 100-dən çox yük maşını qarət edilib.

"Cebheinfo.az" xəbər verir ki, bu barədə BMT-nin Fələstin Qaçqınları üzrə Agentliyi (UNRWA) məlumat yayıb.

UNRWA-nın məlumatına görə, həftəsonu Qəzzanın cənubuna ərzaq və humanitar yardım daşıyan yük maşınlarının silah gücünə təxliyə edildiyini, yardım işçilərinin yaralandığını və maşınlara ciddi ziyan dəydiyini açıqlayıb. 

109 yük maşınının 98-də olan materialların qarət edildiyini bildirən UNRWA rəsmiləri Qəzzaya yardımın çatdırılmasının getdikcə çətinləşdiyini bildiriblər.

Yardım karvanının İsrail rəsmilərinin adətən istifadə etmədiyi marşrutla göndərildiyini bildirən UNRWA rəsmisi Louise Wateridge, “Hadisə Qəzzanın cənub və mərkəzi bölgələrinə girişin çətinliyini ortaya qoyur. Təcili tədbirlər görülməsə, ciddi ərzaq qıtlığı daha da pisləşəcək" deyib. 

Digər tərəfdən, HƏMAS-ın nəzarətində olan Qəzzanın Daxili İşlər Nazirliyi yük maşınlarını qarət edən “quldur dəstələri” hədəf alan əməliyyatda ən azı 20 nəfərin öldürüldüyünü açıqlayıb. 

Nazirlik, talançıların Qəzzanı aclığa sürüklədiyi və "bu problemin həlli üçün əməliyyatların davam etdiriləcəyi" xəbərdarlığını edib.

Seçilən
12
cebheinfo.az

1Mənbələr