AZ

Uşaqların aqressiyasını necə müalicə edək? - Psixoloq DANIŞDI

"Azyaşlı uşaqlarda aqressiya artıb. Aqressiyanın səbəbləri müxtəlif olduğuna görə onların müalicə metodu da müxtəlif olur. Əgər aqressiyanın səbəbi farmakolojidirsə, onda uşaq birmənalı şəkildə dərmanlarla müalicə olunmalıdır, bunu dəyişmək olmaz".

Bu sözləri psixoloq Fərqanə Mehmanqızı Redaktor.az-a açıqlamasında uşaqların aqressiyasının müalicə yollarından danışarkən söyləyib.

O bildirib ki, dərmanla müalicə edilməli olan bir şeyə psixoterapiya ilə müalicə etmək düzgün deyil:

"Sakitləşdirici, psixotrop, nevroloji dərmanlar ola bilər, bunları yəni biz qərar vermirik. Buna psixiatrlar, nevroloqlar qərar verirlər. Ancaq uşaqların nevroloji müalicəsi zamanı həm formakoloji, həm də psixoterapiya önəmlidir".

Kişilər

Psixoloq valideynlərin övladlarının sinirlərini sakitləşdirməsindən də bəhs edib:

"Burada uşağın hər bir diaqnoza uyğun rəftarı var. Uşaq var ki, davranış pozuntusu var, yaxud inadkardır və s. Odur ki, müxtəlif hərəkətlər olmalıdır, səbr və sevgi ilə hər işin öhdəsindən gəlmək olar. Amma burada standart bir ana xətt olmur. Hər uşağın diaqnozu, aqressiyasına səbəbi müxtəlif olduğuna görə, psixoloq, nevroloq bunu aydınlaşdırdıqdan sonra problemlə bağlı həll yollarını göstərə bilir".

Sevinc İBRAHİMZADƏ

Seçilən
26
redaktor.az

1Mənbələr