AZ

Heydər Əliyev Beynəlxalq Hava Limanı alternativ enerji istiqamətlərində işini davam etdirəcək - Teymur Həsənov

Bakı. Trend:

Heydər Əliyev Beynəlxalq Hava Limanı enerji, tullantılarınsəmərəli idarə edilməsi və enerjidən istifadənin azaldılmasıistiqamətlərində fəaliyyətini davam etdirəcək.

Trend xəbər verir ki, bunuHeydər Əliyev Beynəlxalq Hava Limanının direktoru Teymur HəsənovCOP29 çərçivəsində jurnalistlərə deyib.

"Bu gün COP29 tədbiri çərçivəsində beynəlxalq ictimaiyyətədekarbonizasiya sahəsində liderliyimizi təqdim etdik. Məlum olduğukimi, dekarbonizasiya artıq seçim deyil, qlobal tələbata çevrilib.Əlbəttə ki, əldə etdiyimiz nailiyyətlərlə kifayətlənmirik vəalternativ enerji, tullantıların səmərəli idarə edilməsi vəenerjidən istifadənin azaldılması istiqamətində işimizi davametdiririk", - deyə o bildirib.

T.Həsənov qeyd edib ki, məqsəd qlobal dayanıqlı inkişafa realtöhfə verməkdir.

Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişmələri üzrəÇərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının(COP29) açılışı olub.

COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – DünyaLiderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkilolunub.

Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanınbu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfəAzərbaycanda baş tutur.

COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli vəambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG)razılaşdırılmasından ibarətdir.

COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişafməqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri,yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmizhidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsalfəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəlisürülüb.

İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradanəsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°Cöhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.

Məqalədə:
Seçilən
11
az.trend.az

1Mənbələr