AZ

"Ukrayna bəzi ərazilərini itirməyə məcbur olacaq" - Keçmiş səfir

"Ukrayna münaqişənin həlli çərçivəsində bəzi ərazilərindən imtina etmək məcburiyyətində qalacaq".

Bakupost.az xəbər verir ki, bunu Böyük Britaniyanın Rusiyadakı keçmiş səfiri (2004-2008) Entoni Brentono “Sky News” telekanalına müsahibəsində deyib.

“Bu, bir tərəfdən ərazi güzəştlərini ehtiva edən, digər tərəfdən isə onun əsas istəklərinə cavab verən bir sövdələşmə etməkdir: təhlükəsizliyin Qərb tərəfindən təmin edildiyi, Qərb yönümlü bir ölkə kimi yaşamaq”, - deyə diplomat bildirib.

Brenton etiraf edib ki, münaqişənin belə bir həlli Ukraynanın ambisiyalarına cavab verməyəcək.

O, ərazi güzəştlərinin Moskvanı Estoniya və ya Polşaya qarşı növbəti addımlar atmağa təhrik edəcəyinə inanan Qərb siyasətçilərinin iddialarını da rədd edib.

“Əgər siz NATO-nun üzvüsinizsə, deməli, müdafiəyə Rusiyadan on dəfə çox pul xərcləyən alyansın üzvüsünüz. Ukrayna ilə bağlı uğursuz razılaşmanın NATO-nu məhv edəcəyi ilə bağlı iddialar cəfəngiyyatdır”, - deyə keçmiş səfir bildirib.

Zaur, BakuPost
Seçilən
18
bakupost.az

1Mənbələr