"Barselona" klubunun futbolçuları Lamin Yamal və Aytana Bonmati "2024 Barça Players Award" mükafatına layiq görülüblər.
Fanat.Az xəbər verir ki, məlumatı Kataloniya klubunun mətbuat xidməti yayıb.
Bu mükafat onlara ötən mövsüm həm meydanda, həm də ondan kənarda nümunəvi davranışlarına, həmçinin klubun dəyərlərini qoruduqlarına görə "Agrupacio Barça Jugadors" (Barselona Oyunçular Birliyi) tərəfindən təqdim edilib.
Qeyd edək ki, Yamal ötən ay Avropada ilin ən yaxşı gənc futbolçusu mükafatına layiq görülüb. Bonmati isə bu ilin yanvarında FIFA tərəfindən ən yaxşı qadın futbolçu seçilib.