AZ

Nazir: Məktəbəqədər təhsilə qəbul prosesində bəzi dəyişikliklər edilə bilər

Elm və təhsil naziri Emin Əmrullayev məktəbəqədər təhsilə qəbul prosesində bəzi dəyişikliklər edilə biləcəyini deyib.

APA xəbər verir ki, Milli Məclisin Aqrar siyasət, Ailə, qadın və uşaq məsələləri, Elm və təhsil komitələrinin birgə iclasında “Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsində elm və təhsil nazir deyib ki, hazırda bir uşağın 1 il məktəbəqədərə getməyi 4200 manata başa gəlir.

Emin Əmrullayev qeyd edib ki, ölkədə hər il orta hesabla 120 min uşaq doğulur:

“Məktəbəqədər təhsil müəssisələrinə qəbul növbəli şəkildə aparılır. Hazırda məktəbəqədər müəssisəyə qəbul ananın işləyib-işləməməsini nəzərə almır. Başqa sözlə, heç də bütün hallarda işləyən qadınlar öz övladlarını məktəbəqədər müəssisəyə qoya bilmir. Bu islahatın növbəti mərhələsi ola bilər. Həm ailənin sosial-iqtisadi vəziyyəti, həm də ananın işləyib-işləməməsi məsələsini nəzərə ala bilərik. Hazırda kim qeydiyyata birinci gəlir, sistem onu qeydiyyata alır. 100 yer varsa, ilk gələn 100 adam qeydiyyata düşür, 101-ci adam öz növbəsini gözləyir. Burada başqa məqam şəhər və kənd yerləri məsələsidir. Kənd yerlərində bizim məktəbəqədər müəssisələrdə boş uşaq yerlərimiz var. Məsələn, 10 min belə boş yer bar. Ancaq Bakı şəhərində 30 min insan boş yer gözləyir”.

Seçilən
20
6
apa.az

7Mənbələr