AZ

Azərbaycan və Rusiya arasında əməkdaşlıq ərzaq təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayır - Məcnun Məmmədov

Bakı. Trend:

Azərbaycan və Rusiya arasında əməkdaşlıq regionda və ölkələrimizüçün ərzaq təhlükəsizliyinin təmin olunmasında mühüm əhəmiyyət kəsbedir.

Trend xəbər verir ki, bunuAzərbaycanın kənd təsərrüfatı naziri Məcnun Məmmədov "İqlimgündəliyi və dayanıqlı inkişaf kontekstində Rusiyanın qlobal ərzaqtəhlükəsizliyinə töhfəsi" mövzusunda panel müzakirəsi zamanıbildirib.

"Azərbaycan və Rusiya arasında əməkdaşlıq ərzaqtəhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayır. İki ölkəarasında ümumi ticarət dövriyyəsi 1,6 milyard dollar təşkil edir.Bu çərçivədə biz, əsasən, Rusiyadan buğda və mal-qara idxal edir,əvəzində isə meyvə-tərəvəz ixrac edirik. Biz, həmçinin, gübrələrintəxminən 87 faizini Rusiyadan alırıq.

Bundan əlavə, beynəlxalq əməkdaşlıqda fəal iştirak etmək,qarşılıqlı faydalı tərəfdaşlıqları inkişaf etdirmək və ərzaqtəhlükəsizliyinə yönəlmiş beynəlxalq və regional təşkilatlarla,eləcə də, dövlətlərarası dialoq mexanizmləri ilə əməkdaşlığımöhkəmləndirmək həyati əhəmiyyət daşıyır. Rusiya və Azərbaycanarasındakı qarşılıqlı fəaliyyət buna bariz nümunədir", - deyə nazirvurğulayıb.

Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişmələri üzrəÇərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının(COP29) açılışı olub.

COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – DünyaLiderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkilolunub.

Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanınbu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfəAzərbaycanda baş tutur.

COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli vəambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG)razılaşdırılmasından ibarətdir.

COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişafməqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri,yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmizhidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsalfəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəlisürülüb.

İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradanəsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°Cöhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.

Məqalədə:
Seçilən
20
az.trend.az

1Mənbələr