AZ

Xameneyinin yerinə keçəcək şəxs - Gələcək liderin adı çəkildi

İranda ölkənin 85 yaşlı dini lideri Əli Xameneyinin mümkün varisi ilə bağlı müzakirələr yenidən qızışıb.

Teleqraf.com xəbər verir ki, mənbələr artıq varisin kimliyinin bəlli olduğunu yazırlar.

İranın bəzi teleqram kanallarının məlumatına görə, Donald Trampın yenidən ABŞ prezidenti seçilməsindən sonra Xameneyi Ekspertlər Şurasının üzvlərini bir araya toplayaraq, gələcək dini lider məsələsini müzakirə edib.

Ekspertlər Şurası 88 üzvdən ibarətdir, onların arasında İranın dini rəhbərinin seçilməsinə cavabdeh olanlar da var. Şuranın əsas tərkibi mühafizəkarlardan ibarətdir.

Teleqram mənbələrinə görə, Xameneyi çıxışında açıq şəkildə bildirib ki, gec-tez varis məsələsi gündəmə gəlməlidir, şura üzvləri bundan sonra bu barədə düşünsünlər. İran lideri cəmiyyəti də yavaş-yavaş buna hazırlamaq lazım olduğunu deyib.

Ekspertlərə görə, Xameneyi illərdir İranın dini rəhbəri postuna varisi kimi hazırladığı oğlu Müctəbanı öz yerində görmək istəyir.


Müəllif: Mənsur Rəğbətoğlu
Seçilən
33
teleqraf.com

1Mənbələr