AZ

Danışıqlar başlayır: Zaman və şərtlər

Ukrayna ilə Rusiya Federasiyası arasında danışıqlar yəqin ki, 2025-ci ildə başlayacaq. Danışqılar başlayanda atəşkəs əldə olunana qədər döyüşlər azala bilər. 

“Cebheinfo.az” xəbər verir ki, bu barədə “The Economist” yazır.

Nəşr bildirir ki, sülh sazişi aşağıdakı şərtlərlə ola bilər:

Krım və Donbass mütləq Rusiya Federasiyasının nəzarəti altında qalacaq və çox güman ki, Rusiya tutduğu bəzi ərazilərə nəzarəti saxlayacaq.

“Unian” yazır ki, Trampın hakimiyyətə gəlməsi ilə Ukraynanın NATO-ya üzv olmaması və illər boyu belə bir fürsət əldə etməməsi mümkündür. Bundan əlavə, danışıqların davam etdiyi bir vaxtda müharibə dondurula bilər. Putin ölkə ərazisində NATO təlimatçıları, qoşunlar, təyyarələr və dəstək olmadan Ukraynadan neytrallıq tələb edəcək.

Seçilən
22
cebheinfo.az

1Mənbələr