AZ

Ruslar Belqorod yaxınlığındakı məktəbə havadan bomba atıblar

...Deyirsən yəni, yenə içkili, “piyan” olublar?

Deməli, Rusiya hərbçiləri Belqorod vilayətinin Bıkovka kəndində məktəb binasına 250 kiloqramlıq bomba atıblar.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə yerli “Pepel” teleqram kanalına Bıkovka sakinləri bildiriblər.

Onların sözlərinə görə, noyabrın 19-da səhər saat altı radələrində məktəbə bomba düşüb.

Yaxşı ki,..

...Binada hələ heç kim olmayıb və ona görə də xəsarət alıb eləyən də yoxdur, deyirlər.

Bununla belə, bu məktəb gün ərzində fərdi dərslər təklif edir. ...“Astra” xəbər verir ki, bomba binanın damını deşib və hazırda üçüncü mərtəbədəki ofislərdən birindədir.

Binanın divarında çat əmələ gəlib. Agentlik məktəb rəhbərliyindən şərh ala bilməyib, lakin müəllimlərdən birinin dediyinə görə, ona heç bir səbəb göstərmədən distant rejimdə dərs keçmək tapşırılıb.

Əli Babayev

Seçilən
28
sia.az

1Mənbələr