AZ

Əli Yerlikaya 1 yanvar-1 noyabr tarixləri arasında 722 terrorçunun zərərsizləşdirildiyini açıqlayıb

Türkiyənin Daxili İşlər Naziri Əli Yerlikaya 1 yanvar-1 noyabr tarixləri arasında separatçı terror təşkilatı PKK/KCK-ya qarşı keçirilən əməliyyatlarda 722 terrorçunun zərərsizləşdirildiyini açıqlayıb.

Türkiyə Böyük Millət Məclisində (TBMM) çıxış edən Əli Yerlikaya terrorla mübarizənin qətiyyətlə davam etdiyini bildirib. O, bu ilin ilk 10 ayında kənd və şəhərlərdə keçirilən 40.521 əməliyyat nəticəsində 722 terrorçunun zərərsizləşdirildiyini söyləyib.

Əli Yerlikaya həmçinin 1 yanvar-1 noyabr tarixləri arasında Fətullahçı Terror Təşkilatına (FETÖ) qarşı 4.177 əməliyyat keçirildiyini və nəticədə 935 nəfərin həbs edildiyini qeyd edib. Terror təşkilatı DEAŞ-a qarşı keçirilən 1.205 əməliyyat nəticəsində isə 655 nəfərin həbs edildiyi bildirilib.

Nazir Əli Yerlikaya Türkiyənin terroru məhv etmək və terror yuvalarını dağıtmaq mövzusunda qətiyyətli olduğunu vurğulayıb.



Seçilən
9
1
trt.net.tr

2Mənbələr