AZ

Ərzaq təhlükəsizliyi əsas prioritetdir - Məcnun Məmmədov

Bakı. Trend:

Azərbaycan qlobal ərzaq təhlükəsizliyinin gücləndirilməsinətöhfə vermək üçün beynəlxalq iştirakını genişləndirməyihədəfləyir.

Trend xəbər verir ki, bunuAzərbaycanın kənd təsərrüfatı naziri Məcnun Məmmədov "İqlimgündəliyi və dayanıqlı inkişaf kontekstində Rusiyanın qlobal ərzaqtəhlükəsizliyinə töhfəsi" mövzusunda panel müzakirəsi zamanıbildirib.

"Ərzaq təhlükəsizliyi ölkənin inkişafı üçün əsas prioritetdir vəregional əməkdaşlıq bu problemin həllində ən mühüm amillərdənbiridir. Azərbaycan beynəlxalq əməkdaşlığı möhkəmləndirmək vətopladığı təcrübəni bölüşmək məqsədilə gələcəkdə qlobal ərzaqtəhlükəsizliyinə töhfə vermək üçün öz beynəlxalq iştirakınıgenişləndirməyi hədəfləyir.

COP29 konfransı çərçivəsində nəzərdə tutulan tədbirlər kəndtəsərrüfatı və ərzaq sistemlərinin iqlim fəaliyyətlərinəinteqrasiyasını, uyğun siyasətlərin hazırlanmasını, innovasiyalarıntəşviqini, kənd təsərrüfatının məhsuldarlığının artırılmasını,iqlimə dayanıqlı metodların tətbiqini, ətraf mühitə mənfitəsirlərin azaldılmasını və ərzaq təhlükəsizliyinin təminedilməsini əhatə edir.

Bu tədbirlər kənd təsərrüfatı sektorunun effektivliyininartırılmasına dəstək olacaq", - deyə Məcnun Məmmədovvurğulayıb.

Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişmələri üzrəÇərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının(COP29) açılışı olub.

COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – DünyaLiderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkilolunub.

Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanınbu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfəAzərbaycanda baş tutur.

COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli vəambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG)razılaşdırılmasından ibarətdir.

COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişafməqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri,yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmizhidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsalfəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəlisürülüb.

İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradanəsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°Cöhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.

Məqalədə:
Seçilən
47
az.trend.az

1Mənbələr