AZ

Lukaşenkodan əfv

Belarus prezidenti Aleksandr Lukaşenko ekstremist cinayətlər törətməkdə təqsirli bilinən 30-dan çox şəxsi əfv edib.

 

Oxu24.com xəbər verir  ki, bu barədə çərşənbə günü dövlət başçısının mətbuat xidmətinə yaxın “Pul First” teleqram kanalı məlumat yayıb.

 

“Prezident ekstremist cinayətlər törətməkdə təqsirli bilinən daha 32 şəxsi əfv edib. Bunlardan 8-i qadın və 24-ü kişidir”, - deyə teleqram kanalı məlumat yayıb.

 

Noyabrın 7-də Belarus prezidenti ekstremist cinayətlərə görə məhkum edilmiş 31 nəfəri, sentyabrda 67, avqustda 30 nəfəri əfv edib.

 

Belarus prezidenti əvvəllər Mariya Kolesnikovanın  əfv ərizəsinə baxmağa hazır olduğunu bəyan edib. 

 

Nigar

 

Seçilən
21
oxu24.com

1Mənbələr