AZ

AFFA-nın direktoru klubdan göndərilən məşqçiyə iş təklif etdi

Bugünlərdə «Sabah»dan uzaqlaşdırılan Vitali Kovalyov AFFA-dan dəvət alıb.

Beş ildən artıq müddətdə çalışdığı klubdan baş məşqçi Krunoslav Renduliçin istəyi ilə göndərilən qapıçılar üzrə mütəxəssis bundan sonra millilərin birində işləmək şansı əldə edib.

Federasiyanın texniki direktoru Cahangir Həsənzadə ona belə bir təklif irəli sürüb. Kovalyov U-21-də fəaliyyət göstərməyə razılıq verib.

Qurumdan bildirilib ki, onun məsələsinə gələn ay aydınlıq gələcək. Belə ki, AFFA İcraiyyə Komitəsi dekabrda yığışacaq və aşağı yaş qrupları üzrə yığmaların məşqçi korpuslarıyla əlaqəli yekun qərar çıxaracaq.

SPORTİNFO.AZ

Seçilən
11
sportinfo.az

1Mənbələr