AZ

Afrika ölkələri Bakıda müstəmləkəçiliyə qarşı birləşir

Afrika ölkələrinin nümayəndələri Bakıda yeni müstəmləkəçilik təzahürlərini və onun qarşısının alınması üçün birgə tədbirləri, əməkdaşlıq layihələrinin həyata keçirilməsini, həmçinin metropoliyaların müstəmləkə siyasəti nəticəsində ətraf mühitə və insan sağlamlığına dəymiş ziyanı müzakirə ediblər.

“İki sahil” xəbər verir ki, bu məsələlər Bakı Təşəbbüs Qrupunun nümayəndələri ilə görüşdə müzakirə olunub.

Görüşdə Mali, Toqo, Cibuti, Nigeriya, Kenya, Konqo Demokratik Respublikası və Mavritaniyadan olan deputatlar, qeyri-hökumət təşkilatlarının rəhbərləri, siyasətçilər, ekoaktivistlər və hüquq müdafiəçiləri iştirak ediblər.

"Biz ekologiyaya və gələcəyimizə ziyan vurmaqla istismar edilməyə davam edən təbii sərvətlərimizi qorumaq üçün səylərimizi birləşdirməliyik. Beynəlxalq korporasiyaların real məsuliyyətə cəlb edilməsinin vaxtı çatıb", - deyə müstəmləkəçilikdən zərər çəkmiş Konqo Demokratik Respublikasının Ətraf Mühitin və Qorunan Ərazilərin Müdafiəsi Cəbhəsinin proqram direktoru Makelele Kauçu Alen Bisimva bildirib.

"Paix & Lait" (Cibuti) təşkilatının sosial inkişaf üzrə mütəxəssisi Əbdülsəməd Səid Arrenin sözlərinə görə, müstəmləkə irsi müstəqillik əldə etdikdən sonra da bu ölkələrin inkişafına təsir göstərməyə davam edir. "Biz ədalət və bərabərliyə əsaslanan sosial tərəqqi üzərində işləməliyik", - deyə o bildirib.

Seçilən
29
5
ikisahil.az

6Mənbələr