AZ

Şükran tətilində amerikalıların alış-verişində 1 trilyon dollar artım olacaq

Bu il 183,4 milyon amerikalı Şükran Günündən Kiber Bazar ertəsi gününə qədər ənənəvi və onlayn mağazalarda alış-veriş etməyi planlaşdırır.

Musavat.com xəbər verir ki, bu, Milli Pərakəndə Ticarət Federasiyasının (NRF) əhali arasında keçirdiyi sorğu nəticələrində əksini tapıb.

Ötən il belə alış-veriş edənlərin sayı 182 milyon olmuşdu.

Şükran tətillərində amerikalıların alış-veriş etmək istəməsinin əsas səbəbləri “təkliflərin çox yaxşı olması” (57 faiz) və “ənənədən irəli gəlməsi” (28 faiz) olmasıdır. Respondentlərin təxminən dörddə biri (24 faiz) bayram alış-verişinə Şükran Günü həftəsonunda başlamağı xoşlayır.

“Qara Cümə” 5 günlük müddətin ən populyar alış-veriş günü olaraq qalır - 131,7 milyon insan (72 faiz) həmin gün mağazalara getməyi və ya onlayn alış-veriş etməyi planlaşdırır. Kiber Bazar ertəsi 72,3 milyon (39 faiz) ilə ikinci ən populyar gündür.

Bu il Şükran Günü 28 Noyabr, “Qara Cümə” 29 Noyabr və Kiber Bazar ertəsi dekabrın 2-nə düşür.

Federasiyanın noyabrın 1-dən 7-dək keçirdiyi sorğuda 8135 amerikalı iştirak edib.

2024-cü ildə NRF, avtomobil, benzin və restoran fakturaları istisna olmaqla, ümumi tətil mövsümündə (1 noyabr - 31 dekabr) pərakəndə satışların 2,5 faizdən 3,5 faizə qədər artımını nəzərdə tutur. Bu, 979,5-989 milyard dollar aralığında olacaq və yeni rekord sayılacaq.

Musavat.com

Seçilən
15
musavat.com

1Mənbələr