AZ

Husilər Türkiyə gəmisini raket atəşinə tutub

Yəmən husiləri Panama bayrağı altında üzən Türkiyə yük gəmisi "Anadolu S"ə iki raket atıblar. 

Adalet.az xəbər verir ki, bu barədə Türkiyə KÄ°V yazıb. 

"Yəmən donanması "Anadolu S" gəmisi Qırmızı dənizdə olarkən bir neçə ballistik və gəmi əleyhinə raketlərlə əməliyyata başlayıb", - Husilərin sözçüsü bildirib.

Ä°lk hücum noyabrın 17-də baş verib, raket gəminin arxa hissəsindən təxminən 500 metr aralıda düşüb. Noyabrın 18-də ikinci raket atılıb və o, yük gəmisindən bir mil aralıda düşüb. Gəmi ciddi ziyan görməyib və Pakistanın Kəraçi limanına doğru səyahətinə davam edib.

Seçilən
24
adalet.az

1Mənbələr