AZ

ADY sədri: “Dəmir yolları ən dayanıqlı nəqliyyat vasitəsidir”

“Dəmir yolları ən dayanıqlı nəqliyyat vasitəsidir”.

Bizim.Media xəbər verir ki, bu sözləri ADY sədri Rövşən Rüstəmov Azərbaycan Dəmir Yolları (ADY) QSC və Beynəlxalq Dəmir Yolları İttifaqının (BDYI) təşkilatçılığı ilə "Nəqliyyat dəhlizləri ilə dayanıqlı gələcəyə doğru: İqlim siyasətində dəmir yolları" mövzusunda tədbirdə deyib.

O bildirib ki, ADY-nin 2030-cu ilə qədər Strategiyasında yaşıl maliyyələşmə imkanlarından istifadə etməklə dayanıqlılıq layihələrinin icra edilməsi öz əksini tapıb:

"Ötən ay Asiya İnkişaf Bankı (AİB) ilə dəmir yollarında dekarbonizasiya sahəsində əməkdaşlığa dair missiya sənədinin imzalanması bunun bariz nümunəsidir".

Günay Şahmar, Bizim.Media

Seçilən
22
bizim.media

1Mənbələr