AZ

Milyarder Uorren Baffetin ən çox sərmayə yatırdığı 5 şirkət

Hər ilin may ayında on minlərlə investor, Uorren Baffetə məxsus "Berkshire Hathaway" (NYSE: BRK.A) (NYSE: BRK.B) şirkətinin illik iclasında iştirak etmək üçün ABŞ-ın Nebraska ştatının Omaha şəhərinə toplaşır. Uorren Baffetin həm təsirli şirkəti, həm də uğurlu investisiya strategiyası böyük maraq doğurur.

Valyuta.Az xəbər verir ki, 1965-ci ildən "Berkshire Hathaway"in rəhbərliyini ələ aldıqdan sonra Baffet, şirkəti dəyəri 1 trilyon dollar olan böyük bir konglomerata* çevirib. Şirkətin illik dəyər artımı 19,8% olub ki, bu da həmin dövrdə S&P 500 indeksinin 10,2%-lik artımını ikiqat üstələyib.

"Berkshire Hathaway" həm birbaşa sahib olduğu şirkətləri (məsələn, "GEICO", "Benjamin Moore", BNSF dəmir yolu şəbəkəsi), həm də digər şirkətlərdəki səhmləri əhatə edir.

Bir çox insan Baffet kimi investisiya etmək və onun uğurlarından faydalanmaq istəyir. Bunun bir yolu, "Berkshire Hathaway"in portfelini izləməkdir. Şirkətin sərmayələri hər rübdə açıqlanır və investorlar şirkətin aldığı, satdığı və ya saxladığı səhmlərə əsasən qərar verə bilərlər.

Qeyd etmək lazımdır ki, Baffetin iki köməkçisi, Ted Veşler (Ted Weschler) və Todd Kombs (Todd Combs) da bir çox investisiya qərarlarını qəbul edir. Buna görə hər hansı bir alınma və ya satılma qərarı birbaşa Baffetin özündən deyil, onlardan biri tərəfindən verilmiş ola bilər.

30 sentyabr tarixi ilə sona çatan sonuncu rübdə "Berkshire Hathaway"in ən iri sərmayələri bunlardır:

Apple  
► American Express
► Bank of America
► Coca-Cola
► Chevron

İZAHAT

* Konglomerat - Bir-biri ilə əlaqəsiz müxtəlif sahələrdə fəaliyyət göstərən şirkətlərin bir çətir altında birləşdiyi iri biznes quruluşudur.

 Rəhim

Seçilən
25
valyuta.az

1Mənbələr