AZ

Qiymətli daşlar və metalların alqı-satqısında nağdsiz ödəniş olmayanlara maliyyə sanksiyası tətbiq ediləcək

Vergi Məcəlləsinə təklif edilən dəyişikliklə, qiymətli daşlar, qiymətli metallar, bu maddələrdən hazırlanmış məmulatlar və mədəniyyət məhsullarının alqı-satqısı, habelə rəsmi reyestrlərdə qeydiyyata alınmış daşınar əmlakın (avtomobil satışı istisna olmaqla) alqı-satqısı üzrə ümumi məbləği 15 min manatdan artıq olan ödənişlər nağdsız qaydada həyata keçirilmədikdə, vergi ödəyicilərinə maliyyə sanksiyası tətbiq ediləcək.

Fins.az-ın xəbərinə görə, layihəyə əsasən, vergi ödəyiciləri bu cür əməliyyatları təqvim ili ərzində birinci dəfə nağd qaydada həyata keçirdikdə əməliyyat məbləğinin 10%-i, ikinci dəfə nağd ödəniş halında 20%-i, üç və daha çox dəfə nağd ödənişdə isə 40%-i məbləğində maliyyə sanksiyası tətbiq ediləcək.

Bu qanun 2025-ci il yanvarın 1-dən qüvvəyə minəcək.

Fuad Mədətov
Fins.az

Seçilən
28
fins.az

1Mənbələr