AZ

Bu qəsəbədə Günəş bir də 2 ay sonra doğacaq - Foto

ABŞ-nin Alyaska ştatında yerləşən Utqiagvik qəsəbəsi dünyanın ən qıribə yerlərindən biridir.

Ölkə.Az xarici KİV-ə istinadla xəbər verir ki, əvvəllər “Barrou” kimi tanınan qəsəbənin əhalisi təxminən 5000 nəfərdir.

Alyaskanın Şimal Buzlu Okeanı sahilində Şimal yamacında yerləşən Utqiaqviki maraqlı edən onun 71,17 dərəcə şimal enində, yəni Şimal Buzlu Dairəsindən təxminən 530 kilometr şimalda yerləşməsidir (Qütb Dairəsi 66,6 dərəcə şimal enindən keçir.).

Bu qədər şimalda olmaq o deməkdir ki, hər il iki ay günəş Utqiaqvikdə üfüqdən yuxarı qalxmır, yəni səhər açılmır.

Qəsəbə sakinləri hər il 2 ay Günəşə həsrət qalırlar.

Bu il noyabrın 18-də yerli vaxtla saat 13.27-də Utqiaqvikdə günəş batıb. Bu da o deməkdir ki, qəsəbədə bir də gün doğanda artıq 2025-ci il yanvarın 22-i olacaq.
Həmin gün günəş yerli vaxtla saat 13.15-də cənubdan çıxıb, 48 dəqiqə sonra batacaq. Sonra günlər yavaş-yavaş uzanmağa başlayacaq.

O vaxta qədər Utqiaqvikin səması zil qaranlıq olmayacaq, əksinə mavi və bənövşəyi rənglərin müxtəlif çalarlarına boyanacaq, lakin günəş heç vaxt doğmayacaq. Ən parlaq anlar belə, alatoranlıq olacaq.

ABŞ-nin yeni seçilmiş prezidenti Donald Tramp 2025-ci il yanvarın 20-də vəzifəsinin icrasına başlayacaq. Bu o deməkdir ki, Utqiaqvikdə bir də səhər açılanda hətta Ağ Evin sakini də artıq dəyişmiş olacaq.

Qəsəbənin sonsuz alatoranlığınaı sərt qlim şəraiti müşayiət edəcək. Burada havanın temperaturu ilin əksər hissəsində 0 dərəcədən aşağı olur. Başqa sözlə, dondurucu temperatur Utqiaqvik əhalisi üçün həyatın adi bir detalıdır.

Utqiaqvikədə isti aylarda günəş şüalarını kompensasiya edir. Belə ki, qəsəbədə sonsuz gündüz, yəni 24 saat gündüz isə 11 may-19 avqust aralığında yaşanacaq.

Billurə

Seçilən
15
2
olke.az

3Mənbələr