AZ

Karbon emissiyalarını azaltmaq üçün tətbiq edə biləcəyimiz bir çox tədbirlər var - Umberto de Pretto

Hər birimizin etməli olduğu davamlılıq üçün danışmağı dayandırmaq və hərəkətə keçməkdir. Karbon emissiyalarını azaltmağa kömək edəcək tətbiq edə biləcəyimiz bir çox tədbirlər var. Azərbaycanın 5 min avtobus, taksi və s  sürücüsünə nəqliyyat idarə edərkən ətraf mühitə daha səmərəli olmaq üçün təlim keçdiyimizə görə çox qürurluyam.  

Bu fikirləri “İki sahil”ə açıqlamasında Beynəlxalq Avtomobil Nəqliyyatı İttifaqının baş katibi Umberto de Pretto deyib. 

"Hökumətlərdən yol nəqliyyat sənayesi ilə işləməyini istəyirəm. İnsanların avtobuslara və qatarlara minməsinə, daha yaxşı təlim keçmiş sürücülərin idarə etdiyi təhlükəsiz taksilərdən istifadə etməsinə kömək etməkləri vacibdir"- deyə,Umberto de Pretto bildirib. 

O, qeyd edib ki, biz emissiyalarımızı azaldacağıq: "Bu gün yolda olan yük maşınlarının 99,3 faizi dizeldir.  Əgər belədirsə, biz bunu necə daha səmərəli edə bilərik?  Bütün suallara cavab tapmaq üçün biz çalışmalıyıq ki,  layihələrimizi həyata keçirək."
 
Yaqut Ağaşahqızı, “İki sahil”

Seçilən
25
ikisahil.az

1Mənbələr