AZ

"Xankəndi" 35 yaşlı qolkiperlə anlaşdı

"Xankəndi" daha bir milli üzvünü heyətinə qatıb.

Fanat.Az xəbər verir ki, Region Liqası təmsilçisi çimərlik futbolu üzrə Azərbaycan yığmasının qolkiperi Elçin Qasımovla güclənib.

Bu, 35 yaşlı təcrübəli qapıçının böyük futbolda 7-ci klubu olacaq. O, buna qədər "Mingəçevir", "Qəbələ", "İnter", "Şuşa Qarabağ", "Qaradağ Lökbatan" və "Xəzər"in (Bakı) şərəfini qoruyub.

Qeyd edək ki, “Xankəndi” Qasımovdan öncə minifutbol üzrə millimizin oyunçuları Ziya Məmmədli, Əliəkbər Şəbiyev və Təmraz Əmircanovu heyətinə qatıb.

Seçilən
8
4
fanat.az

5Mənbələr