Yunanıstanın Kiyevdəki səfirliyi mümkün raket hücumları qorxusuna görə bağlanıb.
Oxu24.com xəbər verir ki, bu barədə RİA Novosti-yə xarici siyasət idarəsinə yaxın mənbə bildirib.
“İndi Yunanıstan səfirliyinin bu gün bağlanacağı ilə bağlı məlumat aldıq. Onlar raket zərbələrindən qorxurlar”, - agentliyin həmsöhbəti bildirib.
Yunanıstanın Kiyevdəki səfirliyi sosial şəbəkədə “təhlükəsizlik səbəbindən” bağlandığını bildirib. Diplomatik nümayəndəlik Ukraynadakı Yunan vətəndaşlarını ölkə daxilində səyahətlərdən çəkinməyə və təhlükəsiz yerlərdə qalmağa çağırıb.
Noyabrın 20-də Ukrayna Xarici İşlər Nazirliyi bildirib ki, Kiyevdəki Qərb səfirliklərinin, o cümlədən Amerikanın kütləvi hava hücumu qorxusuna görə müvəqqəti bağlanması ilə bağlı xəbərlər “məlumat yaymaqdır”.
Çərşənbə günü ABŞ-ın Kiyevdəki səfirliyi mümkün genişmiqyaslı hava hücumu xəbərləri fonunda bağlandığını elan edib. Bu barədə ABŞ Dövlət Departamentinin X sosial şəbəkəsindəki səhifəsində yazılıb. Mesajda səfirliyin bağlanacağı bildirilib və Ukraynada yerləşən ABŞ vətəndaşlarına hava hücumu xəbərdarlığı zamanı dərhal sığınmağa hazır olmaq tövsiyə olunub.
Bundan əvvəl Kiyevdə İspaniya və İtaliya səfirliklərinin bağlanacağı bildirilirdi.
Nigar