Beynəlxalq Valyuta Fondu ("IMF") Ukraynaya yönəlmiş kredit proqramının altıncı icmalını tamamlayaraq, 1,1 milyard dollarlıq ödəniş üçün razılığa gəlib.
Valyuta.az xəbər verir ki, İcraçı Direktorlar Şurasının təsdiqindən sonra Ukraynanın 1,1 milyard dollarlıq vəsaiti əldə edə biləcək.
Son maliyyələşdirmə ilə proqram çərçivəsində ölkəyə edilən ümumi ödənişlərin 9,8 milyard dollara çatacağı vurğulanıb. Həmçinin İcraçı Direktorlar Şurasının mövzunu gələn həftələrdə müzakirə edəcəyi gözlənilir.
Açıqlamada vəziyyətin son dərəcə qeyri-müəyyən qalmağa davam etdiyi bildirilib və Rusiyanın Ukraynadakı müharibəsinin ölkə əhalisi, iqtisadiyyatı və infrastrukturuna ağır təsirlər göstərdiyi vurğulanıb.
"Rusiyanın Ukraynada 1000 gündür davam edən müharibəsinin dağıdıcı çətinliklərinə baxmayaraq, iqtisadiyyat dayanıqlılıq nümayiş etdirməyə davam etdi," - deyə açıqlamada qeyd edilib.
Rəhim