AZ

Bu ölkələr imtina etdilər: NATO-ya qoşulacaqlar

İsveç və Finlandiya Rusiya Ukraynaya hücum etdikdən sonra NATO-ya qoşulmaq üçün neytrallıqdan imtina ediblər.

Milli.Az "Washington Post"a istinadən xəbər verir ki, regional gərginliklər artdıqca sakinlərinə müharibə şəraitində necə sağ qalmaq barədə bir növ bələdçilik edirlər.

İsveçdə növbəti iki həftə ərzində beş milyon evə "Fəlakət və ya müharibə gələrsə" adlı bir bələdçi kitabçası göndəriləcək. Finlandiyada isə rəsmilər bazar ertəsi günü ekstremal hava şəraiti, uzunmüddətli elektrik və su kəsintilərindən tutmuş, hərbi münaqişəyə qədər müxtəlif hadisələrlə necə başa çıxmaq barədə yeni təlimatlar dərc ediblər.

Aysel Əkbər
Milli.Az

Seçilən
17
milli.az

1Mənbələr