Balakəndə yaşayış evi yanıb.
"Unikal" xəbər verir ki, yanğın Balakən şəhərinin Rəşid Behbudov küçəsində baş verib. Yanğın yerinə Balakən Rayon Yanğından Mühafizə Hissəsinin texnikaları cəlb olunub. Yanğın zamanı 1984-cü il təvəllüdlü Xanlayev Çingiz Fəxrəddin oğluna məxsus
ümumi sahəsi 96 kvadratmetr olan yaşayış evi içərisindəki əşyalarla birlikdə tamamilə yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.
Yanğın zamanı xəsarət alan olmayıb.
Seymur Əli