Yunanıstanın Kiyevdəki səfirliyi mümkün raket hücumu ilə bağlı daxil olan məlumatlara görə bağlanıb.
Bu barədə səfirliyin "Facebook" səhifəsində məlumat verilib.
“Təhlükəsizliyə görə Yunanıstan səfirliyi bu gün (20 noyabr - red.) ictimaiyyət üçün bağlı qalacaq”, - məlumatda deyilir.
Bundan əvvəl ABŞ , İspaniya və İtaliya səfirlikləri “potensial hava hücumu səbəbindən” bağlandıqlarını elan etmişdilər.